3e933caa-8a22-43a7-bade-6144941953d7..jpg

Atatürk Ankaradakı Şuşa Konqres Mərkəzində anılıb – FOTO

Baxış sayı: 525 dəfə baxılıb.

Atatürk Ankaradakı Şuşa Konqres Mərkəzində anılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ankarada yerləşən Şuşa Konqres Mərkəzində Türkiyənin qurucu lideri
Mustafa Kamal Atatürkün 10 noyabr 1938-ci ildə əbədiyyətə qovuşmasının 85-ci
ildönümü münasibətilə anım mərasimi keçirilib.

“Report”un Ankara bürosunun xəbərinə görə, Atatürk ehtiramla yad edildikdən
sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezident
Administrasiyasının Xarici Siyasət və Təhlükəsizlik Komitəsinin üzvü,
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri professor
Aygün Attar Mustafa Kamal Atatürkü ehtiramla yad edərək Azərbaycan Türkiyə
əlaqələrinin qurulmasında Türkiyənin qurucu liderinin fəaliyyətlərindən bəhs
ediblər.

Türkiyə Milli Müdafiə Universitetinin hərbi fakültəsinin dekanı, professor
İbrahim Ethem Atnur, Hacettepe Universitetinin Təhsil Fakültəsinin dekanı
professor Şefiqe Şule Erçetin, Qazi Universitetinin professoru Necdet Hayta
tədbirlə əlaqədar keçirilən paneldə Mustafa Kamal Atatürkün həyat yolundan,
fəaliyyətlərindən və dövlət quruculuğunda göstərdiyi misilsiz xidmətlərindən
bəhs ediblər.

Source link