0db74ba5-1cd4-43e6-bed5-d7c91f2b7040..jpg

ATƏT/DTİHB-nin prezident seçkisi ilə əlaqədar ölkəmizə gələcək müşahidə missiyalarının tərkibi məlum olub

Baxış sayı: 563 dəfə baxılıb.

ATƏT/DTİHB-nin prezident seçkisi ilə əlaqədar ölkəmizə gələcək müşahidə
missiyalarının tərkibi məlum olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) gələn il
fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisini
izləyəcək müşahidəçilərinin sayı məlum olub.

Bu barədə “Report”a diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, ATƏT/DTİHB-nin uzunmüddətli missiyasının tərkibi 26 nəfərdən
ibarət olacaq. Qurum 250 nəfərdən ibarət qısamüddətli müşahidə missiyasının
təmin edilməsi ilə bağlı ATƏT-ə daxil ölkələrə sorğu göndərib.

ATƏT/DTİHB missiyasının uzunmüddətli müşahidəçilərinin ölkəyə 2024-cü ilin
yanvarında, qısamüddətli müşahidə missiyasının üzvlərinin isə seçkiyə 3-4 gün
qalmış gəlməsi gözlənilir.

Qeyd edək ki, ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək prezident seçkisini
müşahidə etmək missiyasına İoğan Mörfi (İrlandiya) rəhbər təyin olunub.

Source link