f8df5c04-55ad-48da-a19d-9be4d794c101..jpg

ATF-dən erməni əsilli tennisçinin növbəti təxribatına münasibət: “Etiraz məktubu göndərmişik” – VİDEO

Baxış sayı: 935 dəfə baxılıb.

ATF-dən erməni əsilli tennisçinin növbəti təxribatına münasibət: “Etiraz
məktubu göndərmişik” – VİDEO

Tennis üzrə “Australian Open” turnirində Azərbaycana qarşı növbəti təxribata
yol verilib.

“Report”un məlumatına görə, yarışda Ermənistanla yanaşı, Qarabağdakı separatçı
rejimin bayrağı açılıb.

Bir qrup erməninin məqsədli şəkildə etdiyi təxribatçı əməl turnirdə Rusiyanı
təmsil edən erməni əsilli tennisçi Karen Xaçanovun təşəbbüsü ilə yaponiyalı
Yesehito Nisioka ilə görüş zamanı törədilib.

Həmçinin Xaçanov oyundan sonra yenidən kameranın obyektivinə “Sona qədər
inanmağa davam edin. Artsax, möhkəm ol” yazıb. Bundan sonra Azərbaycan Tennis
Federasiyası (ATF) Rusiya Tennis Federasiyasına etiraz məktubu ünvanlayıb.

ATF-nin icraçı direktoru Səbirə Abdullayeva “Report”a açıqlamasında qurumun
məsələyə ciddi yanaşdığını bildirib: “Beynəlxalq Tennis Federasiyasına və
Rusiya Tennis Federasiyasına idmançının yolverilməz hərəkəti ilə bağlı etiraz
məktubu göndərilib. Ümid edirik ki, Xaçanovun belə hərəkətlərinin qarşısı
alınacaq və növbəti yarışlarda bu cür hal yaşanmayacaq. Beynəlxalq federasiya
və təşkilatçılar gələcəkdə mötəbər turnirlərdə belə halların təkrarlanmaması
üçün tədbirlər görəcək. Ümid edirik ki, məsələ obyektiv olaraq öz həllini
tapacaq. Düşünürük ki, tennisçinin bu cür münasibəti ölkəmizə qarşı böyük
təxribatdır. Biz həmin oyunçu barəsində müəyyən cərimələr, sanksiyalar və onun
turnirdən kənarlaşdırılmasını tələb etdik. O, etdiyi hərəkətə görə mütləq
cəzalanmalıdır. Öz niyyətimizə, məqsədimizə çatmadan dayanmayacağıq. Onun bu
hərəkəti tennisin nüfuzuna da xələl gətirir”.

Xatırladaq ki, Xaçanov yanvarın 20-də ABŞ tennisçisi Frensis Tiafonunu məğlub
etdiyi görüşdən sonra da qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb.
O, obyektivin üzərinə “Artsax möhkəm ol” sözlərini qeyd edib. Azərbaycan Tennis
Federasiyası həmin hadisədən sonra da Beynəlxalq Tennis Federasiyasına və
Rusiya Federasiyasına etiraz məktubu ünvanlayıb.


Source link