Perunun paytaxtı Limada keçirilən atıcılıq üzrə gənclər arasında dünya
çempionatı başa çatıb.
Cixisyolu.com xəbər verir ki, 51 ölkədən 566 atıcının qatıldığı mundialda Azərbaycan
da təmsil olunub. İştirakçı ölkələrdən 22-sinin idmançıları mükafatçılar
sırasında yer alıblar.
Azərbaycan mundialı 3 medalla bitirib. 50 metr məsafəyə atəşaçmada oğlanların
yarışında İmran Qarayev qızıl, qızların mübarizəsində Sofiya Barxalova bürüncə
sahib çıxıblar. Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət
millimiz 10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada komanda yarışında gümüş
əldə edib.
Azərbaycan millisi çempionatın medal sıralamasında 12-ci yeri tutub.
Qeyd edək ki, 13 qızıl, 3 gümüş və 8 bürünc əldə edən Hindistan medal
siyahısında mundialın qalibi olub.