Atlantic: Tramp Trüdonu dünyanın gözü qarşısında təhqir etdi

Baxış sayı: 2. 610 dəfə baxılıb.

Atlantic: Tramp Trüdonu dünyanın gözü qarşısında təhqir etdi

ABŞ prezidenti Donald Trampın Kanada baş naziri Castin Trüdo ilə BMT Baş Assambleyası çərçivəsində görüşdən imtina etməsi son aylarda iki ölkə arasındakı münasibətlərdə ən soyuq məqam ola bilər.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə The Atlantic dərgisində yer alan məqalədə bildirilir.

Brifinqdə jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, Trüdo ilə görüşdən imtina etməsinin səbəbi Kanadanın rüsumlarının olduqca yüksək olmasıdır. ABŞ prezidenti əlavə edib ki, Trüdo öz mövqeyini dəyişmək istəmir. 

Tramp həmçinin Azad ticarət üzrə Şimali Amerika sazişi ilə bağlı danışıqlar aparan Kanada nümayəndələrindən narazılığını ifadə edib. 

www.ÇıxışYolu.Com