cdd52a45-8c0a-459e-83df-b5d21baaf6b7..jpg

Atlantik okeanı qayıqla təkbaşına keçən ilk türk qadın – VİDEO

Baxış sayı: 1. 150 dəfə baxılıb.

Atlantik okeanı qayıqla təkbaşına keçən ilk türk qadın – VİDEO

Yelkənli idman üzrə türkiyəli idmançı Başak Mireli Atlantik okeanı təkbaşına,
qayıqla keçən ilk türk qadın olub.

Dekabrın 23-də yola düşən Mireli yanvarın 16-da Fransanın Karib dənizindəki
xarici əyalətlərindən biri olan Martinikaya çatıb.

13 yaşından yelkənli idmanla məşğul olan Mireli həyat yoldaşı ilə birlikdə
dünya turuna çıxıb. O, Atlantik okeanı tək keçib.

Mireli bu keçidi heç bir yerə yaxınlaşmadan və heç bir elektrik bağlantısı
olmadan başa vurub. Qayıqda hansısa gözətçi olmadığından idmançı xüsusi yuxu
rejiminə keçib.

Mənbə: Habertürk


Source link