b2a3af3d-a946-4cf5-8626-ca33c4feb80b..jpg

“Atletiko” evdə, “Şaxtyor” səfərdə qələbə qazandı – VİDEO

Baxış sayı: 725 dəfə baxılıb.

“Atletiko” evdə, “Şaxtyor” səfərdə qələbə qazandı – VİDEO

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Atletiko Madrid” –
“Feyenoord” (Rotterdam) oyunu ev sahiblərinin üstünlüyü ilə başa çatıb.

E qrupunun rəqibləri İspaniyanın Madrid şəhərindəki “Sivitas Metropolitano”
stadionunda qarşılaşıblar.

“Atletiko” rəqibindən 3 xal almağı bacarıb – 3:2. Moratanın dublu və Qrizmanın
qolu komandaya qələbə qazandırıb.

Eyni hesabla yekunlaşan Belçikanın “Antverpen” və Ukraynanın “Şaxtyor”
klubları arasındakı oyunda isə sevinən tərəf qonaqlar olub -2:3.


Source link