Madridin “Atletiko” komandasının rəhbərliyi Antuan Qrizmann və Kataloniya “Barselona”sını hörmətsizlikdə ittiham edib.
Lenta.ru məlumat verir ki, klubun mövqeyi rəsmi saytında verilib.
Madridlilər hesab edirlər ki, kataloniyalılar hələ mövsüm bitməmiş Qrizmanla fərdi müqavilənin detallarını müzakirəyə başlamaqla, oyunçularla danışıqlar dövrünün şərtlərini pozmuş olublar. Buna görə də, “Atletiko” kataloniyalılara oyunçunun transfer olunması üçün ödənişə əlavə vaxt verməyə imtina ediblər, forvardın özünü isə mövsümöncəki hazırlıqlara çağırıblar.
“Bu press-relizdə “Atletiko” əsasən “Barselona” olmaqla, hər iki tərəfin rəftarına ikrahla yanaşdığını bildirmək istəyir. Belə ki, klub oyunçunu hələ mövsüm bitməmiş “Atletiko” ilə müqaviləni pozmağa yola gətirirdi”, – deyə madridlilərin bəyanatında bildirilir.
Qeyd edək ki, iyunun 28-də “Barselona” Qrizmannı 120 mln avroya almağı barədə razılıq əldə etdiyini bildirmişdi.