d85007ba-328a-40a7-8f2f-dce110740706..jpg

Atletimiz dünya çempionatında üç bürünc medal qazanıb – FOTO

Baxış sayı: 581 dəfə baxılıb.

Atletimiz dünya çempionatında üç bürünc medal qazanıb – FOTO

4-17 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda
keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı başa
çatmaq üzrədir.

Cixisyolu.com xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894
atlet (469 kişi + 425 qadın) iştirak edir.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Körpücük
üzərinə son olaraq Dadaş Dadaşbəyli çıxıb. O, 109 kq çəki dərəcəsində yarışıb.

Atletimiz birdən qaldırma hərəkətində 180 kq-ı ram edib və bu hərəkətdə dünya
çempionatının bürünc medalını qazanıb.

Dadaş təkanla qaldırma hərəkətində 223 kq-ı başı üzərinə qaldırıb və bu
hərəkətdə dünya çempionatının bürünc medalçısı olub.

Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli, dünya çempionatının yekun
sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.

Xatırladaq ki, sonuncu dəfə dünya çempionatında medalı (qızıl) 2015-ci ildə
Boyanka Kostova, kişilərdə isə 2011-ci ildə Valentin Xristov (bürünc)
qazanmışdı.

Source link