27b24c12-8279-498b-b0bf-f87c40d0d510..jpg

Atletimiz zədəyə görə dünya çempionatından imtina edib

Baxış sayı: 655 dəfə baxılıb.

Atletimiz zədəyə görə dünya çempionatından imtina edib

Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov (67 kiloqram) Səudiyyə Ərəbistanının
paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında mübarizəni erkən başa vurub.

Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, körpücük
üzərinə çıxan idmançı dizindəki zədə səbəbindən (128 kiloqram) yarışdan imtina
etmək qərarına gəlib.

Qeyd edək ki, mundial Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri
daşıyır. Sentyabrın 17-dək davam edəcək yarışda 894 atlet (469 kişi və 425
qadın) iştirak edir.

Source link