Bu gün ATV-də yayımlanan “ATV Səhər” proqramının aparıcısı canlı efirdə kobud səhvə yol verib.
ÇıxışYolu.Com xəbər verir ki, verilişin aparıcısı Lalə Azərtaş 9 may – Qələbə gününü nəzərdə tutaraq hər kəsin bayramını təbrik edib və fikirlərini yanlış ifadə edib:
“Azərbaycana hər zaman qələbə yaraşır. Gün gələcək, biz torpaqlarımızı işğal edəcəyik və həmin 20 faizi də… ondan sonra əsl qələbə gününü bayram edəcəyik…”
Həmin anlarda efirdə səs bir neçə saniyəlik kəsilib, daha sonra aparıcı əvvəl buraxdığı kobud səhvə heç bir düzəliş etmədən proqrama davam edib.