Fransanın “Auchan” pərakəndə satış şirkətinin Rusiyadakı törəmə şirkəti “AŞAN
Retail Rossiya” Rusiyada fəaliyyətini dayandırmaq niyyətində olmadığını
açıqlayıb.
Cixisyolu.com-ın məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti gazeta.ru-ya
bildirib.
“Bir neçə ildir ki, “AŞAN Retail Rossiya”nın satılması və şirkətimizin Rusiya
bazarından çıxması ilə bağlı şayiələr dolaşır. Biz bu şayiələri dəfələrlə
təkzib etmişik. Hazırda “AŞAN Retail Rossiya” yerli əhalinin rifahı naminə
Rusiya bazarında fəaliyyətini davam etdirdiyi vaxt yeni məlumat ortaya çıxıb.
Cavabımız yenə də eynidir: biz bazardakı şayiələri şərh etmirik”, – deyə
şirkətdən bildirilib.
17:52
Fransanın “Auchan” hipermarket şəbəkəsi Rusiya bazarından çıxmağa qərar verib.
Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə “La Lettre” jurnalı bildirib.
Bildirilib ki, şirkət artıq Rusiyadakı biznes payının potensial alıcılarını
tapıb. Digər təfərrüat verilməyib.
Nəşrin mənbəyinə görə, Rusiyadan çıxmağın səbəblərindən biri ölkədə iş
şəraitinin pisləşməsidir.
2023-cü ilin fevralında “The Insider” öz araşdırmasında bildirib ki, “Auchan”
yerli bölməsi Ukrayna müharibəsinin əvvəlindən Rusiya qoşunlarına mallar
tədarük edib. Fransanın mağazalar şəbəkəsi bu ittihamları rədd edib.