Audiovizual Şura iki radio ilə bağlı qərar qəbul edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Audiovizual Şuranın dekabrın 20-də keçirilən növbəti iclasında boş və
istifadəyə yararlı radiotezliklərin ayrılması məsələsi müzakirə olunub.
Bu barədə qurumdan məlumat verilib.
Audiovizual Şuranın müvafiq qərarları ilə “Azərbaycan Beynəlxalq Radiosu”nun
ümumölkə yayımının təmin edilməsi üçün “Bakı Teleqüllə Kompleksi”ndən 92,5 MHs,
“Şuşa” RTYS-dən 89,2 MHs, “Astara” RTYS-dən 95,2 MHs, “Yalama” (Xaçmaz rayonu)
RTYS-dən 97,4 MHs, “Danaçı” (Zaqatala rayonu) RTYS-dən 98,0 MHs radiotezlikləri
ümumölkə yerüstü radio yayımçısı “Azərbaycan Televiziya və Radio Verilişləri”
QSC-nin, habelə “CBC FM”in Qarabağda və Şərqi Zəngəzurda yayımının
genişləndirilməsi məqsədilə “Şahyeri” (Xocavənd rayonu) RTYS-dən 93,8 MHs
radiotezliyi regional yerüstü radio yayımçısı “Caspian İnternational
Broadcasting Company” MMC-nin istifadəsinə ayrılıb.