Autizm xəstəsi olan hakerə hökm oxundu

Autizm xəstəsi olan hakerə hökm oxundu

Baxış sayı: 2. 582 dəfə baxılıb.

Britaniya məhkəməsi 18 yaşlı gənci kiber-terrorçuluqda təqsirli bilərək iki il müddətinə azadlıqdan məhrum edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 Keyn Qembl 2015-2016-cı illərdə kiberhücum yolu ilə ABŞ Mərkəzi kəşfiyyat idarəsinin direktorunun elektron poçtuna giriş əldə edib. Həmin vaxt onun 15 yaşı var idi .

Qembl Vaşinqtonun Əfqanıstan və İran üzrə məxfi əməliyyat planlarını əldə edib və informasiyanın bir hissəsini “Wikileaks”ə ötürüb, qalanını öz “Twitter” hesabında paylaşıb.

Yeniyetmə hakerin virtual hücumundan keçmiş ABŞ prezidenti Barak Obama və FTB direktor müavini də əziyyət çəkib.

Qeyd edək ki, kiber-terrorçuluqda təqsirli bilinmiş gənc autizmdən əziyyət çəkir.

.
www.ÇıxışYolu.Com