Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən
avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatası başa çatıb.
Cixisyolu.com qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışların üçüncü
günündə Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində idmançılar 200, 1
000, 1 500 metr məsafələrdə kayak-kanoe və akademik avarçəkmə növündə mübarizə
aparıblar. Yarışın son gününü idmançılarımız ikisi gümüş, üçü bürünc olmaqla
beş medalla başa vurub.
Təmsilçilərimiz Qiyas Əhmədov və Vacib Babayev 2008-2009-cu il təvəllüdlü
idmançıların mübarizəsində 200 metr məsafəyə kayak yarışında gümüş medal
qazanıblar. Niyaz Məlikov və Emil Zeynalov isə 2008-2009-cu il təvəllüdlü
idmançıların mübarizəsində 1 000 metr məsafəyə kayak yarışında ikinci yerə
çıxıblar.
2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində İbrahim Məmmədzadə və
Sərhad Fərhadzadə 200 metr məsafəyə kayak yarışında bürünc medal qazanıblar.
Nurlan Paşayev və Fariz Babayev 2006-2007-ci il təvəllüdlü idmançıların
mübarizəsində 1 500 metr məsafəyə akademik avarçəkmə növündə üçüncü yerə
çıxıblar.
Qeyd edək ki, Məhəmməd Həsənov və Raul Şamilov 2010-2011-ci il təvəllüdlü
idmançıların mübarizəsində 1 000 metr məsafəyə akademik avarçəkmə növü üzrə
bürünc medal qazanıblar.