AVCİYA: Ciddi qanun pozuntusu qeydə alınmayıb

AVCİYA: Ciddi qanun pozuntusu qeydə alınmayıb

Baxış sayı: 2. 740 dəfə baxılıb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİA) Azərbaycanda bu gün keçirilən prezident seçkilərində apardığı monitorinqin nəticələrini açıqlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, AVCİA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, təşkilat tərəfindən dörd min müşahidəçi ilə seçki prosesinin monitorinqi təşkil edilib. 

Müşahidə üç mərhələdə aparılıb və heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb.

“Bəzi seçki məntəqələrində cüzi texniki çatışmazlıq olub ki, bu, seçkinin nəticələrinə təsir etməyib. AVCİA seçkilərin demokratik, şəffaf, ədalətli keçdiyini, ölkədə ictimai-siyasi vəziyyətin daha sabit və təhlükəsiz olduğunu bildirir”, – deyə M.Zülfüqarlı bildirib.

M. Zülfüqarlı qeyd edib ki, seçici fəallığı təxminən 65-66 faiz arasında olub.

www.ÇıxışYolu.Com