82e98f55-9e16-4102-bd00-14c39a84abc1..jpg

“Avengers” ulduzu altsheymerə görə çəkilişlərdən imtina edəcək

Baxış sayı: 1. 087 dəfə baxılıb.

“Avengers” ulduzu altsheymerə görə çəkilişlərdən imtina edəcək

Avstraliyalı aktyor Kris Hemsvort altsheymer xəstəliyinə tutulma qorxusu
səbəbi ilə film layihələrində az iştirak etməyə və hətta bəzilərindən imtina
etmək niyyətində olduğunu açıqlayıb.

Aktyor hazırda Tor rolunu oynadığı “Qisasçılar” (“Avengers”) filminin davamı
da daxil olmaqla dörd layihədə çəkilişlərlə məşğuldur.

Mənbə bildirib ki, filmlərdə çəkilişlər başa çatdıqdan sonra aktyor Hollivudda
işlərin həcmini azaltmağa və iştirak edəcəyi filmlərin seçimində daha seçici
olmağa hazırlaşır.

Aktyorun özü daha əvvəl heç bir şəkildə təqaüdə çıxmaq haqqında düşünmədiyini
desə də, mənbə “Avengers” ulduzunun məhz bu yolu tutduğunu deyir.

Aktyor zehni fəaliyyəti ilə məşğul olmağı, həmçinin ailəsinə daha çox vaxt
ayırmağı planlaşdırır.

Qeyd edək ki, ötən ilin noyabrında məlum olub ki, Hemsvortda altsheymer
xəstəliyinə tutulma riski digər insanlarla müqayisədə 10 dəfə çoxdur.

Mənbə: Page Six

Source link