34363595-8e73-45bd-9be0-db50d802f63f..jpg

AVF rəhbərliyi CEV-in yubiley tədbirində iştirak edib – FOTO

Baxış sayı: 670 dəfə baxılıb.

AVF rəhbərliyi CEV-in yubiley tədbirində iştirak edib – FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Voleybol
Konfederasiyasının (CEV) yaradılmasının 50-ci ili münasibətilə Romada təşkil
olunan qala gecədə iştirak edib.

Bu barədə AVF nəlumat yayıb.

Bildirilib ki, federasiyanın prezidenti Şahin Bağırov, vitse-prezident Faiq
Qarayev və AVF prezidentinin müşaviri, CEV İdarə heyətinin üzvü Cəlil Cəfərov
CEV rəhbərliyinin dəvəti ilə tədbirə qatılıblar.

Tədbirdə çıxış edən CEV prezidenti Aleksandr Boriçiç yubileylə bağlı
fikirlərini bölüşüb:

“Mən burada, sizinlə birlikdə CEV-in rəsmi olaraq yaradılmasının 50 illiyini
qeyd etməkdən inanılmaz dərəcədə qürur duyuram. Özümü 56 milli federasiyamıza
rəhbərlik edən məşqçi kimi hiss edirəm. Keçmişimizə böyük qürurla baxırıq.

Bununla belə, gənc nəsillərə daha yaxşı imkanlar yaratmaqdan ötrü artıq
indidən növbəti 50 il üçün çalışmağa başlayacağıq”.

Tədbirin fəxri qonaqlarından olan FIVB prezidenti Ari Qraça CEV prezidentini
və milli federasiyaların rəhbərlərini qızıl yubiley münasibətilə təbrik edib.
O, Avropa voleybolunun Boriçiçin rəhbərliyi ilə yaşadığı inkişafı xüsusi qeyd
edib. A.Qraça Avropa voleybolunda bundan sonra daha da böyük işlər görüləcəyinə
inamını ifadə edib.

Federasiya rəhbərləri və qonaqlar, həmçinin, kişi voleybolçular arasında
İtaliyada keçirilən Avropa çempionatının üçüncü yer uğrunda və final
qarşılaşmalarını izləyiblər.

Qeyd edək ki, kişi voleybolçular arasında keçirilən AVRO-2023-ün qalibi Polşa
millisi olub. Çempionatın gümüş medallarını İtaliya yığması, bürünc medalları
isə Sloveniya komandası qazanıb.

Source link