Aviaşirkətlər Sudana uçuşları müvəqqəti dayandırırlar

Baxış sayı: 2. 740 dəfə baxılıb.

Aviaşirkətlər Sudana uçuşları müvəqqəti dayandırırlar

Aviaşirkətlər ölkədə qeyri-sabit siyasi mühitlə bağlı Sudana reysləri müvəqqəti dayandırırlar. 

ÇıxışYolu.Com-ın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, Dubaydan Xartuma olan reyslərin dayandırılması haqqında BƏƏ-nin ən iri aviaşirkəti olan “Emirates” bildirib. Eyni zamanda “Flydubai” şirkəti də Xartum və Port-Sudana olan bütün reyslərini təxirə salıb.

Xatırladaq ki, Sudanın paytaxtı Xartumda iyunun 3-də hərbiçilər müxalifətin çadır düşərgəsini dağıtmağa başlamışdılar.  Bundan sonra Sudanın müxalifətçi həkimlər komitəsi bildirmişdi ki, hərbiçilərin əməliyyatı nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

İyunun 6-da isə Birləşmiş Millətlər Təşkilatı öz əməkdaşlarını ölkədə yaranmış vəziyyətlə əlaqədar  müvəqqəti olaraq Sudandan çıxarmaq qərarına gəlib.