537f62db-38aa-4309-9945-f048a43bf434.jpg

Avraam Russonu qaçırmaqda şübhəli bilinən şəxs həbsdən buraxılıb

Baxış sayı: 182 dəfə baxılıb.

Rusiyada müğənni Avraam Russonun oğurlanması ilə bağlı məhkəmə prosesi təxirə
salınıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, şübhəli şəxs Vladimir Şestopalov barəsində seçilmiş həbs
qətimkan tədbirinin müddəti bitdiyi, vəkili isə məhkəməyə gəlmədiyi üçün
azadlığa buraxılıb.

Şestopalov federal axtarışa verildikdən təxminən altı il sonra, sentyabrın
əvvəlində həbs edilib. İş üzrə digər təqsirləndirilən şəxslər artıq məhkum
olunublar: Zaur Mərdanov yeddi il, Elyar Dəmirov beş il, Vladimir Qusakov isə
altı il müddətinə azadlıqdan məhrum ediliblər.

Bundan əlavə, məlum olub ki, müğənni Avraam Russo onu oğurlamaqda
təqsirləndirilən Vladimir Şestopalova qarşı mənəvi ziyana görə 1 milyon rubl
tələb edəcək. Bu barədə müğənninin vəkili Andrey Alyoşkin TASS-ın müxbirinə
bildirib.

Source link