“Avro-2020”nin püşkatma səbətlərinin tərkibi təsdiqləndi

Baxış sayı: 2. 025 dəfə baxılıb.

“Avro-2020”nin püşkatma səbətlərinin tərkibi təsdiqləndi

UEFA 2020-ci ilin futbol üzrə Avropa çempionatının final hissəsinin püşkatması səbətlərinin tərkibini təsdiqləyib. 

Final mərhələsinin püşkatma səbətlərinin tərkibi təsnifat turnirinin yekunlarına əsasən yığmaların reytinqi əsasında müəyyənləşib. 

Rusiya ilə Danimarka turnirin ev sahibləri olaraq avtomatik olaraq çempionatın “B” qrupunda yer alıblar.

Belçika, İtaliya, İngiltərə, İspaniya, Ukrayna və Almaniya komandaları birinci səbətdə yer alıblar. 

İkinci səbətdə Rusiya yığması ilə bərabər, Fransa, Polşa, İsveçrə, Xorvatiya və Niderland komandaları təmsil olunublar.

Üçüncü səbətə Danimarka, Portuqaliya, Türkiyə, Avstriya, İsveç və Çexiya komandaları daxil olub.

Dördüncü səbətdə Uels və Finlandiya yığmaları, eləcə də Millətlər Liqasının təmsilçiləri arasında pley-offun dörd qalibi təmsil olunacaq.

Avropa çempionatının qrup mərhələsinin püşkatması noyabrın 30-da Buxarestdə keçiriləcək.

Avropa çempionatının 60 illik yubileyi münasibətilə matçlar Avropanın 12 şəhərində, o cümlədən Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.