9a7ad698-7494-4af0-859d-0236b471563b..jpg

AVRO-2024: Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcək

Baxış sayı: 514 dəfə baxılıb.

AVRO-2024: Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu
keçirəcək.

“Report” xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv
Belçika yığmasının qonağı olacaq.

“Kinq Baudouin” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da
start götürəcək.

Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə
edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə yeddi
xalla dördüncü sırada qərarlaşıb.

Qrupun digər oyununda İsveç Estoniyanı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ oyunu

21:00. Belçika – Azərbaycan

Baş hakim: Gerqo Boqar (Macarıstan)

Brüssel. “Kinq Baudouin”

Source link