ac2e120d-c2ef-48af-95a7-98a0cabe6cf7..jpg

AVRO-2024: Azərbaycan millisinin rəqibi itki ilə üzləşib

Baxış sayı: 665 dəfə baxılıb.

AVRO-2024: Azərbaycan millisinin rəqibi itki ilə üzləşib

İsveç millisi Moldovaya qarşı yoldaşlıq, Belçika ilə AVRO-2024-ün seçmə
mərhələ oyunundan əvvəl itki ilə üzləşib.

İngiltərənin “Nyukasl” klubundan heyətə cəlb edilən Aleksandr İsak bu
matçlarda meydana çıxa bilməyəcək.

24 yaşlı hücumçu “Vest Hem”lə 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın
VIII turunun matçında zədələnib. Yığmanın düşərgəsində aparılan müayinələrdən
sonra forvardın komandaya kömək edə bilməyəcəyi bəlli olub.

Qeyd edək ki, oktyabrın 12-də Moldova ilə üz-üzə gələcək İsveç bundan 4 gün
sonra Belçikanın qonağı olacaq. İsveç Azərbaycan millisinin də yer aldığı F
qrupunda mübarizə aparır.

Mənbə: “The Athletic”

Source link