9c10a8c8-9af1-47ef-bb60-01c396fbb182..jpg

AVRO-2024-də final mərhələsinə vəsiqə qazanan sonuncu millilər müəyyənləşir

Baxış sayı: 617 dəfə baxılıb.

AVRO-2024-də final mərhələsinə vəsiqə qazanan sonuncu millilər müəyyənləşir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının son üç iştirakçısı bu
gün bəlli olacaq.

Cixisyolu.com-ın məlumatına görə, pley-offun finalında Gürcüstan – Yunanıstan,
Ukrayna – İslandiya və Polşa – Uels oyunları baş tutacaq.

Qələbə qazanan yığmalar AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar.

26 mart

AVRO-2024-ün pley-off mərhələsinin finalı

21:00. Gürcüstan – Yunanıstan

23:45. Ukrayna – İslandiya

23:45. Polşa – Uels

Gürcüstan – Yunanıstan cütünün qalibi F qrupunda Portuqaliya, Türkiyə, Çexiya
yığmalarına rəqib olacaq. Ukrayna – İslandiya duelinin güclüsü E qrupunda
Belçika, Rumıniya, Slovakiya ilə üz-üzə gələcək. Polşa – Uels matçında sevinən
tərəf D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində
təşkil olunacaq.

Source link