bdabeff7-2f1d-4e2a-bb0a-84ffbc1fc2eb..jpg

AVRO-2024: Emin Mahmudovun İsveçə vurduğu qol namizədlər sırasında – VİDEO

Baxış sayı: 483 dəfə baxılıb.

AVRO-2024: Emin Mahmudovun İsveçə vurduğu qol namizədlər sırasında – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA AVRO-2024-ün seçmə mərhələsində ən yaxşı qolu müəyyənləşdirmək üçün
səsverməyə start verib.

“Report” xəbər verir ki, siyahıda Azərbaycan millisinin futbolçusu Emin
Mahmudovun dəqiq zərbəsi də yer alıb.

31 yaşlı yarımmüdafiəçinin Bakıda İsveçə uzaq məsafədən vurduğu qol siyahıya
düşüb. Həmin qarşılaşmada yığmamız 3:0 hesablı qələbəyə sevinib.

Mahmudovla yanaşı, albaniyalı Kristian Aslani ilə Yasir Asani, ingiltərəli
Bukayo Saka, sloveniyalı Yan Vipotnik, qazaxıstanlı Asxat Taqlbergen, fransalı
Kilian Mbappe, belçikalı Leandro Trossard, lixtenşteynli Sandro Volfinger və
türkiyəli Yunus Akgün də namizəddir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermədən sonra bəlli olacaq.
Emin Mahmudovun qolu IX turda ən yaxşı adına layiq görülüb.

Source link