e0f80ca1-492c-48da-baed-a717110f1645..jpg

AVRO-2024: Fransa səfərdə, Niderland evdə qalib gəldi

Baxış sayı: 1. 007 dəfə baxılıb.

AVRO-2024: Fransa səfərdə, Niderland evdə qalib gəldi

AVRO-2024-ün seçmə mərhələsində II turun növbəti oyunları keçirilib.

Cixisyolu.com xəbər verir ki, F qrupunda yer alan Azərbaycan yığması İsveçin qonağı
olub. Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda Avstriya Estoniyanı qəbul edib. Bu görüşdə də meydan
sahibləri qalib gəlib – 2:1.

İlk turda Fransaya 0:4 hesabıyla uduzan Niderland bu raundda Cəbəllütariqi
sınağa çəkib. “Narıncılar” üç xalı üç cavabsız qolla qazanıblar. Niderlandın
qollarına Memfis Depay və Natan Ake (2) imza atıblar.

Fransa İrlandiya ilə üz-üzə gəlib. “Xoruzlar” minimal hesablı qələbəyə
seviniblər. Yeganə qolu Benjamen Pavar vurub.

AVRO-2024
Seçmə mərhələ, II tur

27 mart

B qrupu

Niderland – Cəbəllütariq – 3:0
Qollar: Depay, 23, Ake, 50, 83

İrlandiya – Fransa – 0:1
Qollar: Pavar, 50

E qrupu

Polşa – Albaniya – 1:0
Qol: Sviderski, 41

Moldova – Çexiya – 0:0

F qrupu

İsveç – Azərbaycan – 5:0
Qollar: Forsberq, 38, Bəhlul Mustafazadə, 65 (öz qapısına), Qyokeres, 79,
Karlson, 88, Elanqa, 89

Avstriya – Estoniya – 2:1
Qollar: Kaynts, 68, Qreqoritş, 87 – Sappinen, 25

G qrupu

Macarıstan – Bolqarıstan – 3:0
Qollar: Veçsey, 7, Soboslay, 26, Adam, 39

Monteneqro – Serbiya – 0:2
Qollar: Vlahoviç, 78, 90+6

Source link