77da8879-1f01-4631-9f14-ca1597986b30..jpg

Avro-2024: Gürcüstan futbolçularına nə qədər pul veriləcək?

Baxış sayı: 499 dəfə baxılıb.

Avro-2024: Gürcüstan futbolçularına nə qədər pul veriləcək?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın “Kartu” xeyriyyə fondu Avropa çempionatının pley-off mərhələsinə
yüksələcəyi təqdirdə ölkənin futbol komandasına 30 milyon lari (təxminən 11,2
dollar) məbləğində mükafat verəcək.

Bu barədə fondun bəyanatında deyilir.

Bildirilir ki, milli komanda Avropa çempionatına vəsiqə qazanmaqla
Gürcüstandakı azarkeşlərə böyük sevinc bəxş edib. Əlavə motivasiya üçün komanda
qrupdan çıxacağı təqdirdə 30 milyon lari, pley-offdakı hər növbəti qələbəyə
görə də həmçinin 30 milyon lari alacaq.

Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək
Almaniyada keçiriləcək. F qrupunda Gürcüstan komandasının rəqibləri Türkiyə,
Çexiya və Portuqaliya komandaları olacaq.

Mənbə: TASS

Source link