9e783261-14db-42c4-9bca-4adb7c484ca9..jpg

AVRO-2024: Gürcüstan millisi Lüksemburqa qalib gələrək, seçmə mərhələsində finala yüksəlib – VİDEO

Baxış sayı: 688 dəfə baxılıb.

AVRO-2024: Gürcüstan millisi Lüksemburqa qalib gələrək, seçmə mərhələsində
finala yüksəlib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan millisi ilə Lüksemburq yığmasının qarşılaşdığı AVRO-2024-ün seçmə
mərhələsinin 1/2 final mərhələsinin oyunu başa çatıb.

Cixisyolu.com xəbər verir ki, oyun “Boris Payçadze” (Dinamo-Arena) stadionunda
(Tbilisi, Gürcüstan) baş tutub. Görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib
gəliblər.

Qarşılaşmada hesabı 41-ci dəqiqədə gürcüstanlı hücumçu Budu Zivzivadze açıb.
55-ci dəqiqədə qonaqlar görüşdə hesabı bərabərləşdirsələr də, videoda oyuna
təkrar baxan baş hakim qolu ləğv edib və kobud oyuna görə qonaqların futbolçusu
Maksim Şanonu meydandan qovulub. 61-ci dəqiqədə Levan Şengeliyanın ötürməsindən
Budu Zivzivadze dubl edib.

Gürcüstan Yunanıstan-Qazaxıstan cütünün qalibi ilə qarşılaşacaq C yolunun
finalına yüksəlib. Lüksemburq AVRO-2024-ə vəsiqə şansını itirib.

Source link