70e15ed8-d036-433f-9b47-bc43cccad691..jpg

AVRO-2024: İtaliya millisindən darmadağın, Macarıstan isə Serbiyaya qalib gəldi – YENİLƏNİB + VİDEO

Baxış sayı: 668 dəfə baxılıb.

AVRO-2024: İtaliya millisindən darmadağın, Macarıstan isə Serbiyaya qalib
gəldi – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2024-ün seçmə mərhələsində VII tura yekun vurulub.

Cixisyolu.com xəbər verir ki, İtaliya millisi öz meydanında Maltaya böyük hesabla
qalib gəlib – 4:0.

Qolları Cakomo Bonavemtura, dubl edən Domeniko Berardi və Davide Frattezi
vurublar.

Beş matçda 10 xal toplayan İtaliya C qrupunda ikincidir. Malta isə xal toplaya
bilməyib və sonuncu – 6-cı pillədədir.

Günün Macarıstan – Serbiya marşı da meydan sahiblərinin qələbəsi ilə başa
çatıb – 2:1.

Barnabas Varqa və Roland Salayın qollarına qonaqların heyətində yalnız
Straxinya Pavloviç cavab verə bilib. Qələbə macarları G qrupunda birinci yerə
yüksəldib.

Komandanın 13 xalı var. Üç xal az toplayan Serbiya ikincidir.

14.10.2023, 22:01

AVRO-2024-ün seçmə mərhələsinin VII turunda daha iki oyun keçirilib.

Cixisyolu.com xəbər verir ki, Litva səfərdə Bolqarıstana qalib gəlib – 0:2.

Qələbə sayəsində xallarını beşə çatdıran Litva G qrupunda dördüncüdür. İki
xalı olan Bolqarıstan sonuncu – beşinci pillədə qərarlaşıb.

H qrupunda Sloveniya Finlandiyanı qəbul edib. Qarşılaşma meydan sahiblərinin
böyük hesablı qələbəsi ilə başa çatıb – 3:0.

Bu qələbədən sonra 16 xalı olan Sloveniya qrupda vahid liderdir. Finlandiya 12
xalla üçüncüdür.

21:23

AVRO-2024-ün seçmə mərhələsində VII turun iki oyunu keçirilib.

Cixisyolu.com xəbər verir ki, C qrupunda yer alan Ukrayna Çexiyanın paytaxtı Praqada
qəbul etdiyi Şimali Makedoniyanı məğlub edib – 2:0.

Qolları 30-cu dəqiqədə Georgi Sudakov və 90+5-ci dəqiqədə Aleksandr Karavayev
vurublar.
Qələbə sayəsində xallarını 10-a çatdıran Ukrayna qrupda ikincidir. Komanda
lider İngiltərədən üç xal geri qalır, üçüncü İtaliyadan isə eyni qədər öndədir.
Lakin italyanlar iki, ingilislər bir oyun az keçiriblər.
H qrupunda Şimali İrlandiya öz meydanında San-Marinoya böyük hesabla qalib
gəlib – 3:0. Qolları Pol Smit, Coş Maqennis və Konor Makmenamin vurublar.

Şimali İrlandiya hazırda altı xalla qrupda beşincidir. Sonuncu – altıncı olan
San-Marinonun xalı yoxdur.

Faiq Tahirov


Source link