“Avro-2024”: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli
referi də var – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
FIFA lisenziyalı türkiyəli hakim Halil Umut Meler “Avro-2024”ü idarə edəcək.
Bu barədə UEFA-dan məlumat verilib.
UEFA Hakimlər Komitəsi “Avro-2024”ün 51 oyununu idarə edəcək 18 hakimi və
köməkçi hakimlər briqadalarını açıqlayıb. Hakimlər arasında Türkiyədən olan
FIFA lisenziyalı Halil Umut Meler də yer alıb.
“Avro-2024”də iştirak edəcək hakimlərin siyahısı aşağıdakı kimidir:
Artur Suares Dias (Portuqaliya), Xesus Gil Manzano (İspaniya), Marko Guida
(İtaliya), İstvan Kovaks (Rumıniya), İvan Kruzliak (Slovakiya), Fransua
Leteksiyer (Fransa), Denni Makkeli (Hollandiya), Szimon Marçiniak (Polşa),
Halil Umut Meler (Türkiyə), Glenn Niberg (İsveç), Maykl Oliver (İngiltərə),
Daniele Orsato (İtaliya), Sandro Şrarer (İsveçrə), Daniel Siebert (Almaniya),
Entoni Taylor (İngiltərə), Klement Turpin (Fransa), Slavko Vinçiç (Sloveniya),
Feliks Zvayer (Almaniya).
Xatırladaq ki, Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində keçirilən və
1:1 hesabı ilə başa çatan “Ankaragücü” – “Çaykur Rizəspor” matçından sonra
böyük qalmaqal yaşanmışdı.
Qarşılaşmanın final fitindən sonra “Ankaragücü”nün prezidenti Faruk Koca
meydana daxil olaraq matçın baş hakimi Halil Umut Meleri yumruqlamışdı. Kocanın
yanında olan iki nəfər də Meler yerdə ikən onun başına və kürəyinə təpiklər
vurmuşdular.
Mənbə: NTV Spor