AVRO-2024: Serbiya və ya Monteneqro bu gün final mərhələsinə vəsiqə qazanacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
AVRO-2024-ün seçmə mərhələsində bu gün son tura start veriləcək.
Belə ki, baş tutacaq doqquz oyunla A, F, G və J qruplarında mübarizəyə yekun
vurulacaq.
Son tur ərəfəsində bu qruplarda İspaniya, Şotlandiya, Avstriya, Belçika,
Macarıstan, Portuqaliya və Slovakiya final mərhələsinə vəsiqəni
rəsmiləşdiriblər. Bu gün yalnız G qrupunda bir komanda onlara qoşulacaq. Bu isə
ya Serbiya, ya da Monteneqro olacaq.
Serblər doğma arenalarında autsayder Bolqarıstana məğlub olmasalar,
AVRO-2024-ə vəsiqə qazanacaqlar. Monteneqro isə Almaniyadakı qitə birinciliyinə
yollanmaq üçün Macarıstana qalib gəlməli və Serbiyanın uduzmasını gözləməlidir.
AVRO-2024-ün seçmə mərhələsi
X tur
19 noyabr
A qrupu
23:45. Şotlandiya – Norveç
23:45. İspaniya – Gürcüstan
Xal durumu: İspaniya – 18 xal, Şotlandiya – 16, Norveç – 10, Gürcüstan – 8,
Kipr – 0
F qrupu
21:00. Belçika – Azərbaycan
21:00. İsveç – Estoniya
Xal durumu: Avstriya – 19, Belçika – 17, İsveç – 7, Azərbaycan – 7, Estoniya
– 1
G qrupu
18:00. Macarıstan – Monteneqro
18:00. Serbiya – Bolqarıstan
Xal durumu: Macarıstan – 15, Serbiya – 13, Monteneqro – 11, Litva – 6,
Bolqarıstan – 3
J qrupu
23:45. Bosniya və Herseqovina – Slovakiya
23:45. Lixtenşteyn – Lüksemburq
23:45. Portuqaliya – İslandiya
Xal durumu: Portuqaliya – 27, Slovakiya – 19, Lüksemburq – 14, İslandiya –
10, Bosniya və Herseqovina – 9, Lixtenşteyn – 0