6ad19852-36e8-49fa-addf-fc79463e837e..jpg

AVRO-2024: Üç komanda final mərhələsinə vəsiqə qazandı

Baxış sayı: 602 dəfə baxılıb.

AVRO-2024: Üç komanda final mərhələsinə vəsiqə qazandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2024-ün seçmə mərhələsində VII turun növbəti oyunları keçirilib.

Cixisyolu.com-ın məlumatına görə, B, F və J qruplarında 7 görüş baş tutub.

Keçirilən qarşılaşmalardan sonra 3 komanda final mərhələsinə vəsiqəni
rəsmiləşdirib. B qrupunda Fransa, F qrupunda Belçika, J qrupunda isə
Portuqaliya rəqibini məğlub edərək, qitə birinciliyində iştirakı təmin ediblər.

AVRO-2024, seçmə mərhələ
VII tur
13 oktyabr

B qrupu

22:45. İrlandiya – Yunanıstan – 0:2
22:45. Niderland – Fransa – 1:2
Xal durumu: Fransa – 18 xal (6 oyun), Yunanıstan – 12 (6), Niderland – 9 (5),
İrlandiya – 3 (6), Cəbəllütariq – 0 (5)

F qrupu

20:00. Estoniya – Azərbaycan – 0:2
22:45. Avstriya – Belçika – 2:3
Xal durumu: Belçika – 16 (6), Avstriya – 13 (6), İsveç – 6 (5), Azərbaycan –
4 (5), Estoniya – 1 (6)

J qrupu

22:45. İslandiya – Lüksemburq – 1:1
22:45. Portuqaliya – Slovakiya – 3:2
22:45. Lixtenşteyn – Bosniya və Herseqovina – 0:2
Xal durumu: Portuqaliya – 21 (7), Slovakiya – 13 (7), Lüksemburq – 11 (7),
Bosniya və Herseqovina – 9 (7), İslandiya – 7 (7), Lixtenşteyn – 0 (7).

Source link