Avro-2024-ün seçmə mərhələsinin oyunları bir dəqiqəlik sükutla başlayacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oktyabrın 17-də
keçiriləcək seçmə oyunları Brüsseldə atışma qurbanlarının xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.
Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Mətbuat Xidməti
məlumat yayıb.
“Bu gecə Avro-2024-ün seçmə mərhələsinin bütün matçlarında dünən Belçika –
İsveç matçı öncəsi Brüsseldə baş vermiş terror aktının iki qurbanının xatirəsi
bir dəqiqəlik sükutla yad ediləcək”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, oktyabrın 16-da Brüsseldə futbol üzrə İsveç milli komandasının
iki azarkeşi güllələnib. Belçika və İsveç komandaları arasında Brüsselin Kral
Boduen stadionunda baş tutan görüş birinci hissədən sonra 1:1 hesabı ilə
dayandırılıb. Fasilə zamanı baş verənlərdən xəbər tutan isveçli futbolçular
ikinci hissədə oynamaqdan imtina edib, daha sonra UEFA-nın Mətbuat Xidməti
matçın ləğv edildiyini bildirib. Oktyabrın 17-də Belçika Federal Böhran Mərkəzi
bildirib ki, azarkeşləri güllələyən şəxs həbs olunarkən öldürülüb.
Mənbə: TASS