Azərbaycan Mərkəzi Bankı 7 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan ÇıxışYolu.Com-a verilən məlumata görə, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manatdır.
Manata nəzərən avronun məzənnəsi 2,0052 manat təşkil edir.
1 türk lirəsi 0,3741 manat, 1 rus rublu 0,0276 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6949 manata barabərdir.
Qeyd edək ki, iyunun 6-na rəsmi olaraq 1 dollar 1,7000 manat, 1 avro 1,9916 manat, 1 rus rublu 0,0274 manat olub.