Avrokuboklarda final oyunlarının hakimləri müəyyənləşdi

Avrokuboklarda final oyunlarının hakimləri müəyyənləşdi

Baxış sayı: 2. 880 dəfə baxılıb.

Avrokubokların final oyunları üçün hakim təyinatları açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, İspaniyanın “Real” və İngiltərənin “Liverpul” komandaları arasında keçiriləcək Çempionlar Liqasının final görüşünü serbiyalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Milorad Majiç olacaq.

Avropa Liqasının final matçı isə hollandiyalı hakimlərə həvalə olunub. İspaniyanın “Atletiko” və Fransanın “Marsel” komandalarının qarşılaşmasında baş hakim funksiyasını Byörn Kuypers yerinə yetirəcək.

Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 26-da Kiyevin “Olimpiyski” stadionunda keçiriləcək. Avroliqa finalı isə mayın 16-ı Fransanın Lyon şəhərindəki eyniadlı stadionda baş tutacaq.

S.T.
www.ÇıxışYolu.Com