Çempionlar Liqası və Avropa Liqasının finallarının qarşıdakı mövsümlərdə hansı şəhərlərdə oynanılacağı açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bunu UEFA-nın rəsmi saytı məlumat yayıb.
UEFA İcraiyyə Komitəsinin Lyublyanada baş tutan iclasından sonra verilən qərara görə, 2021, 2022 və 2023-cü illərdəki ÇL finallarının keçiriləcəyi arenaların müəyyənləşib.
Qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının 2021-ci ildəki finalı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda baş tutacaq.
2022-ci ilin ÇL finalına Münhenin “Alyans Arena” stadionu ev sahibliyi edəcək.
2023-cü ildə isə ÇL-in həlledici qarşılaşması Londondakı “Uembli” stadionunda keçiriləcək.
UEFA 2021-ci ildə Avropa Liqasının final matçının keçiriləcəyi arenanı da açıqlayıb.
Onun sözlərinə görə, həmin qarşılaşma İspaniyanın “Sevilya” klubunun ev oyunlarını keçirdiyi “Ramon Sançes” stadionunda baş tutacaq.
Qeyd edək ki, “Sevilya” hazırda davam edən mövsüm Avropa Liqasının qrup mərhələsində təmsilçimiz “Qarabağ”la eyni qrupda yer alıb və iki komanda arasındakı cavab matçı “Ramon Sançes”də baş tutacaq.