“Avronest” nümayəndə heyətinin tərkibi dəyişdirildi

“Avronest” nümayəndə heyətinin tərkibi dəyişdirildi

Baxış sayı: 2. 275 dəfə baxılıb.

Azərbaycanın “Avronest” Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

ÇıxışYolu.Com xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Fuad Muradov, sədr müavini Rövşən Rzayev, üzvü Muxtar Babayev tərkibdən çıxarılıblar.

Onların əvəzinə deputatlar Tahir Mirkişili, Cavanşir Feyziyev və Azər Kərimli Azərbaycanın “Avronest” PA-dakı nümayəndə heyətinin üzvü seçiliblər.

Xatırladaq ki, “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri də yenidən seçilib və bir neçə gün öncə bu vəzifə deputat Sahibə Qafarovaya həvalə edilib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com