Avropa ABŞ-nin NATO-dan çıxmasına hazırlıq görməyə çağırır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“NATO-ya üzv olan Avropa ölkələri ABŞ-nin Alyansdan çıxacağı ssenariyə hazır
olmalıdırlar”.
Bu barədə bir sıra xarici diplomatlar xəbərdarlıq ediblər.
Onların təxminlərinə görə, bu variant respublikaçı Donald Trampın ABŞ
prezident seçkisində qalib gələcəyi təqdirdə mümkündür.
“NATO-nun üzvü olan Avropa ölkələrinin paytaxtları Donald Trampın təhdidləri
fonunda öz hərbi imkanlarını planlaşdırmalı və yenidən düşünməlidir”, –
məlumatda bildirilir.
Qeyd olunur ki, Trampın ABŞ-nin NATO-ya üzvlüyü ilə bağlı sözləri böyük
narahatlıq doğurur. Digər diplomat qeyd edib ki, mövcud vəziyyət bir daha
Avropa İttifaqının NATO-dan hədsiz dərəcədə asılı olduğunu nümayiş etdirib.
Üçüncü mənbə Avropa paytaxtlarını hərbi planlaşdırmanı nəzərdən keçirməyə və
dövrün tələblərinə uyğun yeniləməyə çağırıb.
Həmçinin, Trampın ABŞ-ni NATO-dan çıxara və Avropanın müdafiəsindən imtina edə
biləcəyi ilə bağlı qorxular da var.
Mənbə: The Telegraph