acb35010-d0ab-491a-bde4-6b12d91c7c9d..jpg

“Avropa Bakıdakı Beynəlxalq Astronavtika Konqresinə baxıb, XI yox, XXI əsrdə yaşadığımızı xatırlamadı?” – ŞƏRH

Baxış sayı: 688 dəfə baxılıb.

“Avropa Bakıdakı Beynəlxalq Astronavtika Konqresinə baxıb, XI yox, XXI əsrdə
yaşadığımızı xatırlamadı?” – ŞƏRH

“Avropa Parlamentindəkilərin davranışlarından belə bir təəssürat yaranır ki,
qərbdə yeni papa Urban peyda olub, yaxud da elə Fransa prezidenti özü papa
Urbandır. Bunun hər ikisi mümkündür, amma min il bundan öncənin standartları
ilə çıxış edənlərin Qarabağı Edessaya, yaxud da XII-XIII əsrlərdə Yaxın Şərqdə
yaratdıqları digər üç knyazlığa çevirmələri mümkünsüzdür, belə bir planları
varsa, fiaskoya uğrayacaqlar”.

Bu fikirləri Cixisyolu.com-a Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnaməsi
haqqında danışarkən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin üzvüSahib Alıyev deyib. O qeyd edib ki, Avropanın əlində
bizə qarşı faydalana biləcəyi heç bir kartları yoxdur:

“Baxın, deyirlər ki, qaçqınlar öz yurdlarına dönməlidir. Əlbəttə, qaçqınlar
qayıtmalıdır və onlar, içi mən qarışıq, indi Ermənistan adlanan yerdə etnik
təmizləmə ilə üzləşənlərdir. Qarabağdakı ermənidillilər nə qaçqındırlar, nə də
məcburi köçkün.

Demək olar ki, hamısı Ermənistan pasportu daşıyan və Azərbaycanda qalıb,
vətəndaşlarımız olaraq yaşamaq təklifinə rəğmən öz istəkləri ilə Qarabağı tərk
edənləri necə qaçqın, yaxud da məcburi köçkün adlandırmaq olar? Onların
yaşadıqları yerləri diktə altında tərk etdikləri sirr deyil. Amma bu,
Azərbaycanın yox, belə bir addım atacaqları halda kosovolular kimi öz qanadları
altına geri qaytaracaqlarını vəd edənlərin diktəsi olub. Biz sovet dönəmində
Qarabağda yaşamış ermənidillilərin və onların törəmələrinin gəlib, Azərbaycan
vətəndaşlığı daşımalarının əleyhinə deyilik. Amma necə gediblərsə, özləri eləcə
də dönməlidirlər, yanlarında yandaşa ehtiyac yoxdur və elələri Paris meri kimi
torpaqlarımıza buraxılmayacaqlar”.

Deputat Avropa Parlamentinə müraciətdə bir sual ünvanlayıb: “Parlamentdəkilər
heç olmasa, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinə baxıb
anlamadılar ki, biz XI deyil, XXI əsrdə yaşayırıq?”

“Özlərini din təəssübkeşi kimi göstərənlər, siz axı Vatikandakı dağılan
katakombaların bərpasına bir qəpik belə ayırmaq istəmirdiniz. Bunu Anqlikan
Kilsəsinin Bakıda səfərdə olan rəhbəri arxiyepiskop Castin Velbinin də
vurğuladığı kimi Azərbaycan etdi.

Sevrdəkindən cəmi 3 il sonra Lozanna anlaşmasının necə meydana çıxdığından
ibrət götürməyən qonşularımız dərk etməlidirlər ki, oyun bitib, regionun
gələcəyi Qranadada, yaxud da Brüsseldə yox, burada müəyyənləşir. Məhz dünən
Xocalıda bayrağımızın qaldırılması da onun növbəti təsdiqidir”, – deyə deputat
əlavə edib.

Aysel Aslan

Source link