7868a06f-e034-4ed4-9b9e-68687f5adf40.jpg

Avropa birinciliyi: Azərbaycan atleti 1 qızıl və 2 gümüş medal qazandı

Baxış sayı: 165 dəfə baxılıb.

Azərbaycan atleti Polşada keçirilən gənclər və 23 yaşadək idmançılar arasında
Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb.

Cixisyolu.com xəbər verir ki, Ravin Alməmmədov (81 kq) birdənqaldırmada 151 kq-ı ram
edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, təkanla qaldırmada isə 187 kq-ın öhtəsindən gəlib və nəticədə gümüş medal
əldə edib.

R. Alməmmədov toplam 338 kq (151 + 187) nəticə ilə yekun sıralamada gümüş
medalı hesabına yazdırıb.

Source link