Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda
keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Azərbaycan Boks Federasiyasından Cixisyolu.com-a verilən məlumata görə, 48 kiloqram
çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/8 finalda ermənistanlı Lusine
Gevorqyanı mübarizədən kənarlaşdırıb.
İsmayılova rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub
edib. O, 1/4 finalda ilk döyüşdən azad olan Sevda Yuliyanova (Bolqarıstan) ilə
qarşılaşacaq. Bu döyüş aprelin 23-də olacaq.
Qeyd edək ki, Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.