1b633a39-8cfd-47d9-9365-53a9346d8c7b..jpg

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi – YENİLƏNİB

Baxış sayı: 1. 500 dəfə baxılıb.

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın Monpelye şəhərində keçirilən
Avropa çempionatının son günündə finala vəsiqə qazanıb.

Cixisyolu.com xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda
Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Matvey
Kanikovskiyə qalib gəlib.

Z.Kotsoyev həlledici görüşdə gürcüstanlı İlya Sulamanidze ilə qarşılaşacaq.

Millimizin digər üzvləri Murad Fətiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) isə
medalsız qalıblar.

Qeyd edək ki, Avropa çempionatına 11 cüdoçu ilə yollanan Azərbaycan millisinin
heyətində hələlik yalnız Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.

11:00

Fransanın Monpelye şəhərində keçirilən cüdo üzrə Avropa çempionatına bu gün
yekun vurulacaq.

Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq.

Murad Fətiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) yarışa 1/16 finaldan
qoşulacaqlar. Onlar müvafiq olaraq Laşa Bekauri (Gürcüstan) və Harri
Lovell-Hyuitt (Böyük Britaniya) ilə üz-üzə gələcəklər.

Uşanqi Kokauri (+100 kq) isə bu raunddan azaddır. 1/8 finaldan mübarizəyə
başlayacaq idmançının rəqibi Mirça Kroytoru (Rumıniya) – Marius Fizel
(Slovakiya) cütünün qalibi olacaq.

Qeyd edək ki, Avropa çempionatına 11 cüdoçu ilə yollanan Azərbaycan millisinin
heyətində Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.

Source link