3e7e7078-6485-4a16-a1e1-a30043cdc3fe..jpg

Avropa çempionatı: Azərbaycan yığması son gündə bir qızıl, iki bürünc medal qazana bilər – AFİŞA

Baxış sayı: 2. 393 dəfə baxılıb.

Avropa çempionatı: Azərbaycan yığması son gündə bir qızıl, iki bürünc medal
qazana bilər – AFİŞA

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-23 Avropa çempionatına
bu gün yekun vurulacaq.

Cixisyolu.com xəbər verir ki, yarışın son günündə Azərbaycanın 3 sərbəst güləşçisi
medal uğrunda mübarizə aparacaq.

74 kq çəki dərəcəsində bir gün əvvəl bütün rəqiblərini üstələyən Turan
Bayramov final görüşünə çıxacaq. Onun həlledici dueli moldovalı Vasile Diakona
qarşı olacaq.

86 kq-dakı Fərid Cabbarov təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Cabbarovun da rəqibi Moldova təmsilçisi olacaq. Azərbaycan güləşçisi İvan
İçizliyə qalib gələrək, üçüncülük yarışını davam etdirməyə çalışacaq. 21 yaşlı
idmançı bunu bacarsa, türkiyəli İsmail Küçüksolaka rəqib olacaq.

92 kq çəkidəki Azərbaycan təmsilçisi Abdulcəlil Şabanov isə bürünc medal üçün
döşəyə çıxacaq. O, Sergey Sarqsyan (Ermənistan) – Farhad Anoşen (İsveç)
görüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha daha əvvəl sərbəst güləşçilərdən Maqomed-Başir Xaniyev (70
kq), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi
Əmiraslanov (79 kq) bürünc medal qazanıblar. Qadın güləşçilərdən Birgül
Soltanova (65 kq) ikinci, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq)
üçüncü yeri tutublarsa, yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq), Qurban
Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş
medala sahib çıxıblar.

Source link