649ede59-8084-42d4-8a8f-7af74a4f961c..jpg

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 670 dəfə baxılıb.

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cüdoçusu Elcan Hacıyev (90 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə
keçirilən Avropa çempionatının qalibi olub.

“Report” xəbər verir ki, yarımfinalda Aleks Kretini (Rumıniya) məğlub edən
təmsilçimiz həlledici görüşdən də qələbə ilə ayrılıb.

E.Hacıyev bu dəfə Kristian Totu (Macarıstan) üstələyib.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala sahib
çıxıb. Növbəti gün Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla dördüncü
dəfə Avropa çempionu olub.

18:50

Azərbaycan cüdoçusu Elcan Hacıyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən
Avropa çempionatında finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəkidə mübarizə aparan idmançı həlledici
qarşılaşmada yarımfinalda Azərbaycanın digər təmsilçisi Murad Fətiyevi məğlub
edən macarıstanlı Kristian Totla üz-üzə gələcək. M.Fətiyev isə bürünc medal
uğrunda görüşdə gürcüstanlı Laşa Bekauri ilə görüşəcək.

100 kiloqramda çıxış edən Zelim Kotsoyev də bürünc medal görüşünə çıxacaq.
Onun rəqibi niderlandlı Mixael Korrel olacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73
kiloqram) qızıl, Balabəy Ağayev (60 kiloqram) isə gümüş medalın sahibi olub.

Source link