52c81baa-bccc-42a5-b12e-827aa142d0e8..jpg

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

Baxış sayı: 1. 098 dəfə baxılıb.

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın iki qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən
U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

“Report” xəbər verir ki, 53 kq-dakı Gültəkin Şirinova və 65 kq-dakı Birgül
Soltanova bu raundadək irəliləyə biliblər. Şirinova finala gedən yolda
türkiyəli Zeynep Yetgillə, Soltanova isə fransalı İris Tiboks ilə güləşəcək.

57 kq-dakı Jalə Əliyeva təsnifatda ukraynalı Aleksandra Xomenetsə məğlub olub.
O, rəqibi finala çıxsa, sabah təsəlliverici görüşə qatılacaq.

68 kq-dakı Nigar Mirzəzadə təsəlliverici görüşdə polşalı Karolina Kozlovskaya
qalib gəlib. Mirzəzadə bürünc medal uğrunda macarıstanlı Karolina Pokla
qarşılaşacaq. Bu gün, həmçinin, 55 kq-dakı Elnurə Məmmədova bürünc medal
uğrunda qarşılaşmada Mihaela Samoillə (Moldova) üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl
yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban
Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə
gümüş medala sahib çıxıblar.

Source link