9cc60880-654c-4a37-a020-b57d10cb35a9..jpg

Avropa çempionatı: Cüdoçularımız komanda yarışında medal qazana bilməyiblər

Baxış sayı: 596 dəfə baxılıb.

Avropa çempionatı: Cüdoçularımız komanda yarışında medal qazana bilməyiblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cüdo üzrə Azərbaycan millisi Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər
idmançılar arasında keçirilən Avropa çempionatının komanda yarışında medal
qazana bilməyib.

Cixisyolu.com-ın məlumatına görə, qitə birinciliyinin son günündə mübarizəyə 1/4
finaldan başlayan yığma Ukrayna üzərində 4:1 hesablı qələbə qazansa da, uğurlu
startın davamını gətirə bilməyib.

Cüdoçularımız əvvəlcə yarımfinalda Almaniyaya 3:4, ardından isə bürünc medal
uğrunda görüşdə Gürcüstana 1:4 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, yığmanın 5 üzvü – Aydan Vəliyeva (52 kq), Məhəmməd Musayev (60
kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Məhərrəm İmamverdiyev (81
kq) fərdi yarışlarda bürünc medal qazanıblar.

Source link