d6a33f4a-00e6-4f66-bd7f-2b36a61efc40..jpg

Avropa çempionatı: İki boksçumuz final görüşünə çıxır

Baxış sayı: 412 dəfə baxılıb.

Avropa çempionatı: İki boksçumuz final görüşünə çıxır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa
çempionatında Azərbaycanın iki idmançısı finala yüksəlib, üçü bürünc medal
qazanıb.

“Report” xəbər verir ki, Nicat Hüseynov (51 kq) yarımfinalda türkiyəli Semih
Gümüşi 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesabı ilə üstələyib.

Avropa çempionumuz ardıcıl ikinci dəfə qitə birinciliyində finala yüksəlib.
N.Hüseynovun uğurunu 57 kq çəkidə Əzrək Bəbirov da təkrarlayıb. O, finala gedən
yolda Rafiq Əmirxanovu (Rusiya) məğlub edib – 3:2 (29:28, 28:29, 28:29, 29:28,
29:28).

Yarımfinalda rəqiblərinə uduzan Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80
kq) və Marjona Savriyeva (50 kq) isə Avropa çempionatının bürünc mükafatına
yiyələniblər.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.

Source link