Avropa çempionatı: Qadın və kişi şahmatçılarımız turu qələbə ilə başa vurublar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında V turun
oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi
hesabat turunda Monteneqronu məğlub edib. Bu tur Azərbaycan millisində Şəhriyar
Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıblar. Nicat Abasovla Vasif
Durarbəyli qələbə qazanıblar. Yekunda milli 3:1 hesablı qələbəni aktivinə
yazdırıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Almaniya ilə üz-üzə gəlib.
Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova turu heç-heçə ilə
başa vurublar. Birinci lövhədə Günay Məmmədzadənin Elizabet Petsi məğlub etməsi
Azərbaycan komandasına 2,5:1,5 hesabı ilə qələbə qazandırıb.
V turdan sonra kişilərdən ibarət Azərbaycan komandası 6 xalla 9-cu yerdədir.
Hərəyə 9 xalı olan Azərbaycan və Fransanın qadın şahmatçılardan ibarət
komandaları turnir cədvəlinə başçılıq edirlər.
Bu gün Avropa çempionatında istirahət günüdür. Noyabrın 17-də keçiriləcək VI
turda kişilərdən ibarət Azərbaycan komandası Yunanıstan, qadın şahmatçılar isə
Bolqarıstanla mübarizə aparacaqlar.