Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatı üçün güləş üzrə qadın yığmamızın heyəti açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Səbirə Əliyeva (76 kq) çıxış edəcəklər.
Qonşu ölkəyə məşqçi qismində Rövşən Umudovla Andrey Stadnik də yollanacaq.
Qeyd edək ki, qadın güləşçilərin mübarizəsi 2-4 mayda olacaq.
S.T.
www.ÇıxışYolu.Com