Avropa çempionatına iki medalla başladıq

Avropa çempionatına iki medalla başladıq

Baxış sayı: 2. 364 dəfə baxılıb.

Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında ikinci gün arxada qalıb.

ÇıxışYolu.Com xəbər verir ki, 55 kq çəki dərəcəsində Avropa çempionu olan Eldəniz Əzizlinin ardından Elvin Mürsəliyev (77 kq) Azərbaycana ikinci medalı qazandırıb.

O, III yer uğrunda görüşdə gürcü Tornike Dzamaşviliyə 6:2 hesabı ilə qalib gələrək bürünc medala yiyələnib. Bürünc medal uğrunda mübarizə aparan İslam Abbasov (87 kq) isə almaniyalı Denis Kudlaya 1:3 uduzaraq növbəti medal şansını əldən verib.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com